Yeni Dövlət Proqramı qəbul edəcək

Yeni Dövlət Proqramı qəbul edəcək

2017-ci ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlər Proqramı qəbul ediləcək. SİA-nın məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planın qeyd edilir ki, eləcə də xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair Konvensiyaya qoşulmaq imkanları öyrəniləcək.

Rüşvətxorluqla mübarizə məqsədilə həmçinin dövlər satınalmaları üzrə vahid sistemin yaradılması və bütün dövlər orqanlarının bu sistemə qoşulmasının təmin edilməsi planlaşdırılır.

Həmçinin Tədbirlər Planına əsasən, 2017-2018-ci illərdə siyasi partiyaların maliyyələşməsində şəffaflığın artırılması, maliyyə hüsabatlarında şəffaflğın artırılması üzrə fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə