Politoloq: “Azərbaycan hər zaman Gürcüstana öz dost əlini uzadıb” AÇIQLAMA
“Gürcüstan və Azərbaycan strateji müttəfiqdirlər. Hər iki ölkəni ortaq geosiyasi maraqlar birləşdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, hər iki ölkə siyasi, iqtisadi sahələrdə bir–birinə olduqca lazımdırlar: “Ermənilər daima Azərbaycan ilə müxtəlif millətlər arasında nifaq salmağa cəhd ediblər. Daima gah Azərbaycandakı etnik qrupları, gah müxtəlif qonşu xalqları Azərbaycana qarşı qaldırmağa səylər göstəriblər.
Ermənilərin bu çirkin siyasəti qarşısında həmin xalqlar çox ayıq olmalıdırlar. Gürcüstan son dəfə 2008 –ci il hadisələrində ermənilər və azərbaycanlılar arasında müqayisə apararaq düzgün nəticəyə gəlməlidir. Azərbaycan hər zaman Gürcüstana öz dost əlini uzadıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB