SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z. Əsgərov qeyd edib ki, Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar: "Biz əlbəttə çox istərdik ki, ABŞ- Azərbaycan münasibətləri hər zaman yüksək səviyydə olsun. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir və kimsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması düzgün siyasət deyil və artıq nəticə vermir. Bunu Donald Tramp özü də görür. Dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır. Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar. O Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ-la münasibətlərimiz də həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki, bu səmimiyyət olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB