ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) cəbhə bölgəsinə gəliblər. SİA-nın xəbərinə görə, bu gün səhər Bərdə rayonuna gələn diplomatlar rayon İcra Hakimiyyətində görüş keçiriblər. Daha sonra Bernar Fasie jurnalistlərə açıqlama verib. O bildirib ki, Azərbaycanın tanımadıqları bölgəsinə ilk səfərləri, burada yerli idarəetmə orqanlarının rəhbərləri ilə görüş və bölgədəki vəziyyət haqda onların özlərindən məlumat almaq çox maraqlı olub: "Biz burada məcburi köçkünlər haqda, bölgədəki situasiya barədə və rayondakı yaşayış tərzi ilə bağlı, həm də bizim missiyamızı əhatə edən dəyərli məlumatlar aldıq. Sizə deməliyəm ki, hələlik heç bir şərh verə bilmirik. Ona görə ki, bu hələlik bizim missiyamızın birinci mərhələsidir. İki-üç gündən sonra səfərimizin sonunda Azərbaycan, Ermənistanda görüşlərimizin bütün aspektləri barədə ətraflı və şərhsiz məlumat verəcəyik".
Qeyd edəki ki, onlar Tərtər rayon İcra Hakimiyyətində də görüş keçirdikdən sonra Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqi izləyəcəklər. Monitorinq zamanı onların təmas xəttinin qarşı tərəfinə keçməsi planlaşdırılır. Onların bu gün Xankəndində, sabah isə İrəvanda görüşləri nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB