Prezident İlham Əliyev yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün çoxmillətli cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Roş-Ha-Şana yenilik, mənəvi saflıq, xoş müjdələr və həmrəylik bayramıdır. Bu əziz gün münasibətilə bir daha Sizi təbrik edir, hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram. Bayramınız mübarək olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB