“İRƏLİ”nin üzvləri “Gənclər fəaliyyətdə” Proqramı çərçivəsində ölkəmizi təmsil edirlər

“İRƏLİ”nin üzvləri “Gənclər fəaliyyətdə” Proqramı çərçivəsində ölkəmizi təmsil edirlər

Almaniya Mədəniyyətlərarası Forumu Gürcüstanın Sülh və İnkişaf Agentliyi ilə birgə Avropa Birliyi "Gənclər fəaliyyətdə" Proqramı çərçivəsində 1-10 Sentyabr 2010-cu il tarixlərində Gürcüstanın Kobuleti şəhərində "Konfliktlərdə yaradıcılıq–Gənclərin konfliktlərin həllində rolu"mövzusunda gənclərin mübadilə proqramını həyata keçirir. SİA-nın məlumatına görə, proqramda 8 ölkədən – Azərbaycan, Böyük Britaniya, Rusiya, İtaliya, Bolqarıstan, Gürcüstan, Almaniya və Ermənistandan gənclərdən ibarət nümayəndələr iştirak edir.

Azərbaycan Respublikasının 5 nəfərlik nümayəndə heyətini "İRƏLİ" İctimai Birliyinin İdarə Heyətinin üzvü Tinatin Vəliyeva, İRƏLİ fəalları Nərmin Məmmədova, Azər Abdullayev, Hakim Ələskərov və Fikrət Qasımzadə təmsil edir.

31 Avqust 2010-cu il tarixində Azərbaycanlı təmsilçilər ilk öncə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümummilli lider Heydər Əliyevin şərəfinə salınmış parkı və büstü ziyarət ediblər.

1 Sentyabr 2010-cu il tarixində rəsmi açılışla işə başlayan mübadilə proqramı çərçivəsində hər gün 2 dövlət mədəniyyətinin tanıtım gecəsini həyata keçirir. Artıq 3 gündür davam edən proqram çərçivəsində gənclər Konfliktologiya, konfliktlərin tipologiyası və dinamikasını müzakirə edir, regional konfliktlər üzərində analizlər aparırlar.

Qeyd edək ki, 5 Sentyabr 2010-cu il tarixində proqram çərçivəsində Azərbaycan mədəniyyət gecəsi keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə