Şəmsəddin Hacıyev: “Elm və ali təhsil haqqında qanun layihələri üzərində işlər başa çatdirılıb” - MÜNASİBƏT

Şəmsəddin Hacıyev: “Elm və ali təhsil haqqında qanun layihələri üzərində işlər başa çatdirılıb” - MÜNASİBƏT
"Elm haqqında" qanun layihəsi üzərində işlər artıq tam olaraq başa çatdırılıb. Bu barədə SİA-ya Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. O bildirib ki, bu qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Ş.Hacıyevin sözlərinə görə, "Elm haqqında" qanunun qəbulu elmi fəaliyyət, elmin inkişafı və onun tənzimlənməsi üçün çox ciddi və hüquqi baza yaradacaq. Komitə sədri vurğulayıb ki, "Ali təhsil haqqında" qanun layihəsi üzərində də işlər başa çatmaq üzrədir və payız sessiyasında müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə