BŞTİ-nin müdiri: “Təhsilin keyfiyyət göstəricisi 500 və 600-dan yuxarı bal toplayanların sayı ilə müqayisə olunur” - MÖVQE
Ötən illərlə müqayisədə 2010-2011-ci dərs ili üzrə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblilərinin xüsusi çəkisi artıb, məzunların 44,35 faizi tələbə adını qazanıb. SİA-nın xəbərinə görə, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva məlumat verib. O bildirib ki, keçən il bu rəqəm 41,99 faiz olub. İdarə müdirinin sözlərinə görə, məzunların orta balı keçən ilkinə nisbətən 9 faiz artaraq 241-dən 262,138-ə yüksəlib: "Təhsilin keyfiyyət göstəricisi 500 və 600-dan yuxarı bal toplayanların sayı ilə müqayisə olunur. Bu il 600-dən çox bal toplayanların sayı keçən illə müqayisədə 40 faiz, 500-dən çox bal toplayanların sayı isə 20 faiz artıb".
Təhsilin keyfiyyəti məsələsinə gəlincə, N.Rzaquilyeva vurğulayıb ki, bu zaman baxışlar subyektiv, yanaşmalar müxtəlif olur. Onun fikrincə, təhsil çox ciddi təhlil tələb edən sahə olduğundan onun yalnız bir istiqamət üzrə bütövlükdə qiymətləndirilməsi çətindir.
"Lakin ayrı-ayrı göstəricilər üzrə qiymətləndirmə aparmaq mümükündür və belə qiymətləndirmələrdən biri təhsilin abituriyentlərin hazırlıq səviyyəsi ilə ölçülən keyfiyyətdir. Son on ildə təhsilin keyfiyyət göstəricisi 16,7 faizdən 100 faizə yüksəlib. On il ərzində əldə edilmiş nailiyyətlərə kölgə salmağa isə ehtiyac yoxdur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB