ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq tam heyətlə Azərbaycandadırlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq tam heyətlə Azərbaycandadırlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq tam heyətlə Azərbaycandadırlar. SİA-nın məlumatına görə, son olaraq bu gün amerikalı həmsədr Robert Bradtke ölkəmizə gəlib. Digərləri - Bernar Fasie və İqor Popov isə dünəndən Azərbaycanda qonaqdırlar.

Həmsədrlərin bu gün Azərbaycan rəhbəriliyi ilə görüşü olacaq.
Qeyd edək ki, onlar bu gün həmçinin Tərtərdə təmas xəttində də olacaqlar. Manitorinqin məqsədi isə Dağlıq Qarabağ və ətraf rayonlarda qeyri-qanuni məskunlaşmanı araşdırmaqdır. Nəzərinizə çatdıraq ki, vasitəçilərin təmas xəttinin qarşı tərəfinə keçməsi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə