Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasiu Lula da Silvaya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir:
"Braziliyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Bu gün Azərbaycan-Braziliya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
İlham Əliyev Luis İnasiu Lula da Silvaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Braziliya xalqına sülh və tərəqqi arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB