Misir Mərdanov: “Kişilərin müəllimlik sənətinə maraq göstərməmələrinin əsas səbəbi müəllimlərin əmək haqqlarının aşağı olmasıdır"

Misir Mərdanov: “Kişilərin müəllimlik sənətinə maraq göstərməmələrinin əsas səbəbi müəllimlərin əmək haqqlarının aşağı olmasıdır"
Bu gün Bakı şəhəri və ölkə üzrə müəllimlərin böyük əksəriyyətini, yəni 85%-ni qadınlar təşkil edir. SİA-nın xəbərinə bu barədə təhsil naziir Misir Mərdanov təhsil işçilərinin konfransında çıxışı zamanı deyib. O bildirib ki, kişilərin də müəllimlik sənətinə cəlb olunmasına ciddi şəkildə çalışmalı və bu işi daima diqqət mərkəzində saxlamalıyıq: "Bu bizi daima narahat edən məsələ olub. Bu gün kişilərin müəllimlik sənətinə elə də maraq göstərməməsinin əsas səbəbi müəllimlərin əmək haqqlarının aşağı olması ilə bağlıdır. Azərbaycan cəmiyyətnidə hər bir ailəni kişi saxlayır və 180-200 manat məbləğində əmək haqqı ilə indiki zamanda ailə saxlamaq mümkün deyil".

Müəllimlərin səviyyəsi barədə də danışan nazir qeyd edib ki, bu gün həm Bakı, həm də region məktəblərində hazırlığı, təhsili, tərbiyəsi olmayan insanlar da çalışırlar. Onun fikrincə, bir belə insan 100 adamın işinə kölgə salır.

"Hamı papağını qarşısına qoyub düşünməli və təhsilə məsuliyyətlə yanaşamalıdır. Əks halda problemlər qalacaq və bu hallar belə də davam edəcək. Hər kəs bu işlərə mənfi müdaxilədən çəkinməlidir. Təhsildə 80% haqq-ədaləti gözləməliyik. Çünki cəmiyyətdə olan bütün mənfiliklərin başında haqq-ədalət durur. Məktəb isə hər zaman ədalətin, həqiqətin yeri olamalıdır. Yəni, bir sözlə biz müəllimin müqəddəsliyini bərpa etməliyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə