Millət vəkili: “Neftin qiymətinin 70-80 dollar olması həm istehlakçıları, həm də istehsalçıları qane edir”
Milli Məclisin İqtisadi siyasət komitəsi cari ilin payız sessiyasında ötən sessiyadan qalan məsələləri müzakirə etməyi nəzərdə tutur. Bu barədə SİA-ya komitənin üzvü, millət vəkili Nazim Məmmədov açıqlamasınnda deyib. O bildirib ki, bu məsələlərə Tikinti, Şəhərsalma, Rəqabət Məcəlləsi daxildir. Onun sözlərinə görə, payız sessiyasında iqtisadi siyasət komitəsi aparıcı rol oynadığı 2011-ci ilin dövlət büdcəsi layihəsinə baxacaq.
"Güman edirəm ki, biz 2011-ci ilin dövlət büdcəsinin parametrlərinə baxdıqda Azərbaycanın dinamik inkişafını təmin edə biləcək rəqəmləri görəcəyik. Eyni zamanda biz bölgələrin sosial iqtisadi inkişafının daha da sürətlənməsində maraqlıyıq. Bunun üçün də müzakirə zamanı investisiya layihələrinin daha da təkmilləşdirilməsi və regionların sosial- iqtisadi inkişafını təmin etmək üçün vəsaitlərin ayrılmasına diqqət yetiriləcək".
Gələn ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollar civarında olacağını dilə gətirən N. Məmmədov söyləyib ki, dünya ölkələrinin iqtisadi böhrandan çıxması neftin daha çox işlənməsinə, istehlakına gətirib çıxarır. Onun sözlərinə görə, istehlak çox olduqda, bazar münasibətləri, qiymətlər arta bilər: "Neft istehsalçıları ilə neft hasilatçıları, neft istehlakıçıları arasında bir danışıq var. Neftin qiymətinin 70-80 dollar olması həm istehlakçıları, həm də istehsalçıları qane edir. Eyni zamanda biz bir neft ölkəsi olaraq neftin qiymətinin stabil olmasına maraqlı olamalıyıq. Qiymətlər stabil olduqda hökümət gəlirlərini dəqiq müəyənləşdirə bilər. Belə olan halda da xərc istiqamətlərini də müəyyən etmək mümkündür. Bundan əlavə, biz neftin hasilatının maya dəyərini aşağı salmaq istiqamətində də islahatlar aparmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB