Sabah “Azərikimya”nın Etilen-polietilen zavodunda FHN-nin təlimi keçiriləcək
Sabah "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisində Fövqəladə Hallar Nazirliyi (FHN) qüvvələrinin mülki müdafiə üzrə təlimi keçiriləcək. Dövlət neft şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı birgə və səmərəli fəaliyyəti təşkil etməkdir. Zavodun hərbiləşdirilməmiş mülki müdafiə heyətinin və Fövqəladə Hallar Nazirliyinin mühafizə xidmətinin 200 nəfərlik qüvvəsinin iştirak edəcəyi təlimə 10-dan artıq yanğınsöndürən maşın və texnika cəlb olunacaq.
Artıq "Azərikimya" İB-də təlimlə bağlı hazırlıq işləri yekunlaşıb. Təlim üçün stasionar yanğınsöndürmə, rabitə-xəbərdarlıq qurğuları hazırlanıb, su təchizatı, mülki müdafiə dəstələrinin xüsusi geyim, dəbilqə və s. ləvazimatlarla təminatı məsələləri həll olunmuş, iştirakçılara metodiki tövsiyələr verilib. Təlimdə Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası, Sumqayıt şəhər Mülki Müdafiə Qərargahının, Respublika "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin nümayəndələri iştirak edəcəklər. Sumqayıt şəhər təcili tibbi-yardım stansiyasının həkimlər briqadası təlim keçirilən müddət ərzində zavodun ərazisində növbə çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB