Bu il ölkəmizdə Nar bayramı beynəlxalq səviyyədə qeyd olunacaq

Bu il ölkəmizdə Nar bayramı beynəlxalq səviyyədə qeyd olunacaq
"Göyçay İnkişaf Mərkəzi" İctimai Birliyi Türkiyə Respublikasında fəaliyyət göstərən Sivil Toplum Dəstəkləmə Dərnəyi ilə əməkdaşlıq çərçivəsində 2010-cu il noyabr ayında keçiriləcək Nar Bayramını Beynəlxalq səviyyədə qeyd etməyi planlaşdırır. SİA-nın məlumatına görə, bunun üçün hər iki təşkilatın sədrləri 26.04.2010-cu ildə Ərzurum şəhərində qarşılıqlı memorandum imzalayıb.

Layihə Azərbaycan, Rusiya, Gürcüstan, Rumıniya, İtaliya, Ukrayna və Türkiyədən 7 gənclər təşkilatının və 50 nəfər gəncin iştirakıyla həyata keçiriləcək. "Könüllülük" və "Gələcək üçün gənclik" mövzularında reallaşacaq olan layihə 7 gün müddətində həyata keçiriləcək. Layihə müddətində bütün iştirakçı ölkələrdən olan gənclər və Göyçay gəncliyi tolerantlıq, qardaşlıq və könüllülük mövzusu ətrafında bir araya gələcəklər. Layihə Avropa Birliyi Gənclik Programı və Türkiyə Cumhuriyəti Başbakanlıq Dövlət Planlama Təşkilatı, Avropa Birliyi Təhsil və Gənclik Programları Mərkəzi Başqanlığı tərəfındən dəstəklənməkdədir.

"Göyçay İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən keçirilən və NAR-ın simvolikasına işarə edən "Bir dünya – min millət" layihəsinə dəstək verən qurumlar arasında İrəli İctimai Birliyi, Göyçay rayon İcra Hakimiyyəti, Göyçay Olimpiya İdman kompleksi, "AZNAR" QSC, "Göyçay-Süd" Açıq Səhmdar cəmiyyəti vardır. Layihə haqqında prezentasiya və ətraflı məlumat 6 sentyabr 2010 cu ildə Göyçay şəhər Heydər Əliyev Mərkəzində təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə