Ermənistan Azərbaycanın BMT-yə təqdim etdiyi qətnamə layihəsindən narahatdır

"Rəsmi Bakının "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə layihəsini BMT-yə təqdim etməsi Dağlıq Qarabağla aparılan danışıqlar prossesinə ciddi ziyan vura bilər". SİA-nın "Regnum" saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, erməni tərəfi də müvafiq addımlar atır: "Qurumun bir çox ölkələri hesab edir ki, Dağlıq Qarabağ məsələsi təyin edilən struktur çərçivəsində müzakirə edilməlidir".

 

Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı danışıqlar Madrid təklifləri əsasında aparılmaqda davam etdiyini bildirən E.Nalbandyan qeyd edib ki, danışıqlar Madrid təklifləri əsasında aparılmalı və beynəlxalq hüququn üç prinsipinə əsaslanmalıdır-güc tətbiq olunmaması, xalqların öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyüdür.

 

Erməni nazir bildirib ki, ötən iki il ərzində beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri oxşar bəyanatlarla çıxış ediblər: "Almatıda verilən bəyanatda həmsədrlər təsdiqləyiblər ki, təklif olunan prinsiplər bir bütövdür. Prinsiplərdən hər hansı birinə üstünlük verilə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə