Türkiyə sabahdan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcək

Türkiyə sabahdan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının müvəqqəti üzvü Türkiyə sabahdan bir aylıq müddətinə Şuraya başçılıq edəcək. SİA-nın məlumatına görə, Türkiyə sədrliyi Şuranın daimi üzvü olan Rusiyadan təhvil alacaq.

 

Beləliklə, Türkiyə BMT Təhlükəsizlik Şurasına ikinci dəfə sədrlik edəcək. Bir ay müddətində 192 ölkənin iştirakı ilə BMT-nin gələcək vəzifələri ilə bağlı bir sıra iclaslar olacaq və 20-22 Sentyabr tarixlərində "Minilliyin İnkişaf Hədəfləri" zirvəsi keçiriləcək. Türkiyə 1951-1952, 1954-1955 və 1961-ci illərdə də BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzv vəzifəsini yerinı yetirmişdi.

 

Türkiyənin BMT Təhlükəsizlik Şurasında edəcəyi bir aylıq sədrliyindən narahatlığını bildirən ermənilər sədrlik müddətinin 20-22 Sentyabr tarixlərində keçiriləcək BMT Baş Assambleyasının 65-ci sessiyasına təsadüf etməsindən xüsusilə təşvişə düşüb. Sessiyada Azərbaycanın təklifi ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"lə bağlı qətnamənin müzakirəsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə