Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara uyğunlaşdırıcı texniki dəyişiklik edilib. SİA-nın məlumatına görə, bunlar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlar, "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanunlar, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə", "Dövlət qulluğu haqqında", "Haqsız rəqabət haqqında", "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında" qanunlardır.
Layihələr ayrılıqda səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB