Gözəl Bayramlının siyasi inkasatorluğu - Gürcüstan izi ilə... ANALİZ+FAKTLAR

Yaxud, faktlar hara doğru istiqamətlənir?
Gözəl Bayramlının siyasi inkasatorluğu - Gürcüstan izi ilə... ANALİZ+FAKTLAR

Azərbayan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri müavini, xüsusilə partiyanın sədri Əli Kərmlinin "inkasatoru" rolunu oynayan Gözəl Bayramlının məlum məsələlərə görə həbsinin ardınca, onun evində aparılan yoxlamalardan sonra üzə çıxan müxtəlif valyutalarla bağlı bank çekləri bir daha belə deməyə əsas verir ki, son illər qonşu Gürcüstanda fəaliyyət göstərən bir sıra anti-Azərbaycan dairələri öz fəaliyyətlərini maraqları çərçivəsində həll etməkdən ötrü məhz radikal xarakterli müxalifət partiyaları ilə təmaslar qurublar.

Gürcüstan - Azərbaycan əleyhinə fəaliyyət göstrən qrupların mərkəzi və onların maddi cəhətlərini təmin edən bankomat faktoru

Xüsusilə, AXCP-yə və "Milli Şura"ya bağlı siyasiləşmiş QHT-lər, o cümlədən digər siyasi təşkilatlar xarici qurumlardan qarantlar ala bilmədiklərinə görə, maliyyə cəhətdən Gürcüstanda təmin olunublar. Çünki qonşu ölkədə xarici donor təşkilatlar tərəfindən maliyyə qrantlarının alınması leqal olaraq qalmaqdadır.

Gözəl Bayramlının da məsələsi bu kontekstdədir və onun, eyni zamanda digər cəbhəçilərin inkasator rolu oynamaları artıq fakta çevrilib. Ümumiyyətlə, Gürcüstan Azərbaycan əleyhinə fəaliyyət göstərən qrupların mərkəzi rolunu oynamaqla, həm də maddi cəhətlərini təmin edən bankomat faktorunu nümayiş etdirir.

Elə də uzağa getməyərək, vaxtilə müxalifət düşərgəsi cinahında özünü jurnalistika sahəsində sınamasına rəğmən, uğur qazana bilməyən Əfqan Muxtarlını nümunə kimi göstərə bilərik. Media işinə forojurnalist kimi başlayan bu xəyanətkar şəxs sonradan yazı da yazmağa çalışsa da, onda heç nə alınmayıb. Ancaq onun digər "keyfiyyətləri" üzə çıxandan sonra qalmaqallı "araşdırmaçı", Azərbaycanın milli-dəvlətçilik maraqlarnı ermənilərə satan Xədicə İsmayılın şəxsi mühafizəçisinə çevrildi. Hətta ABŞ səfirliyinin tapşırdığı bu vəzifənin icrasına görə Ə.Muxtarlıya ayda min manat əməkhaqqı verilirmiş.

X.İsmayılın həbsindən sonra Ə.Muxtarlı əslən olduğu Zaqatala rayonunun dağ cığırları ilə gizlicə Gürcüstana qaççaqla yanaşı, hətta orada müvəqqəti yaşamaq icazəsini də əldə etdi. Son zamanlara qədər Ə.Muxtarlının Azərbaycana qarşı düşmənçilik münasibəti bəsləyən beynəlxalq QHT-lərlə sıx əməkdaşlıq etməsi, xüsusilə "Freedom House", "People in Need", "Human Rights Watch", "NDI" və digərlərindən qrantlar alıb Azərbaycanin maraqlarına qarşı xərcləməsi faktları olduğuna görə, artıq onun da həbsi reallaşdırılıb və o, Azərbaycan qanunları qarşısında cavab verməli olacaq.

"The Vere Palace" oteli, Rüstəm İbrahimbəyov, Söyüs Sadıqov, Eldar Namazov və…Gözəl Bayramlı!

Hələ 2000-ci ilin əvvəllərində məlum Ruslan Bəşirli olayının Gürcüstandakı ifşası qonşu ölkədə düşmən mövqeli insanların hər an hazır dayanaraq Azərbaycan əleyhinə fəaliyyət göstərməsini sübuta yetirdi. Çünki sonrakı illərdə dəfələrlə ölkəmizin milli maraqları əleyhinə fəaliyyət planları bu ölkənin qaranlıq siyasi dairələrin də maraq çərçivələrində yer alıb. Daha dəqiq desək erməni lobbisi bu məsələdə hər zaman canfəşanlığı ilə seçilib.

2013-cü ildə "Milli Şura"nın o zamankı sədri olaraq gündəmə çıxarılan Rüstəm İbrahimbəyovun da Tibilisi macəralarını heç kim unutmayıb. Həmin vaxtlar Bakıya qayıtmamasına haqq qazandırmaq məqsədi ilə İsa Qəmbərə və sair "Milli Şura" üzvlərinə qonaqlıq verən İbrahimbəyov məskən olaraq ermənilərə məxsus oteli seçmişdi. Həmin ərəfədə Azərbaycan mediası yazırdı: "Milli Şura"nın Gürcüstandakı toplantısının bir diqqət çəkən məqamı da təbii ki, görüş üçün erməni sahibkara məxsus "The Vere Palace" otelin seçilməsi oldu".

Otelin erməni sahibkarı isə həmin vaxtlar Rusiyanın "Milyarderlər İttifaqı"nın sədri Söyün Sadıqovun dostuymuş və beləliklə, radikalların daha bir ermənipərəst siyasətləri ortaya çıxmış oldu.

Gürcüstanın Azərbaycana qarşı dağıdıcılıq mərkəzi olaraq seçilməsi məsələsində adı olub, özü olmayan "El" hərəkatının sədri Eldar Namazovun da adı hallanıb. Belə ki, 2015-ci ilin payızında Tbilisidə 2013-cü il dövlət çevrilişi cəhdinin baş təşkilatçılarından biri Eldar Namazov görünməyə başlayır. O, erməni xüsusi xidmət orqanlarının eks başçısı, özünün pərdəarxası vətəndaş cəmiyyəti diplomatiyası üzrə tərəfdaşı David Şahnazaryanla birlikdə Tiflisə yollanır. Xatırladırıq ki, 1994-cü ilin martında və iyulunda məhz Şahnazaryanın əmri ilə Bakı metrosunda iki dəhşətli terror aktı törədilmişdi. Və izlər yenidən yazının əvvəlində haqqında bəhs etdiyimiz AXCP sədri Əli Kərimlinin inkasatoru rolunu oynayan Gözəl Bayramlının üzərinə aparıb-çıxarır.

2016-cı ilin martında Ə.Kərimlinin müavini G.Bayramlı ard-arda düz üç dəfə Gürcüstan ərazisində peyda olub. O, Gürcüstana Xalq Cəbhəsindən olan fəalların müşaiyəti altında gedib. Olduqca qəribədir, ancaq Gözəl Bayramlı hər dəfə Gürcüstana avtomobillə, tərəfdaşlarının müşaiyəti ilə gedib və Tiflisdə iki gündən çox qalmayıb. O, Gürcüstana Qazax rayonu istiqamətindən keçib, qayıdanda isə bir qayda olaraq Zaqatala tərəfdən daxil olub. Emissarlarla görüşüb, pul və təlimatlar alıb, geri qayıdıb. Ancaq o unudub ki, gec, ya da tez onun qaranlıq işlərinin üstü açılacaq və açıldı da...

Niyə məhz Gürcüstan, yaxud, xəyanət yuvaları nə zaman dağıdılacaq?

Qaldı ki, müxalifətçilərin niyə məhz Gürcüstanı seçmələrinə, burada məsələ ilk növbədə maddi maraqlardan doğur və bu maraqların təminatçılarının – erməni lobbisinin Azərbaycan milli-xəyanətkarlarına ən əlçatan və rahat yeri yenə də Gürcüstandır. Məsələn, yuxarıda adları sadalananlarla yanaşı, REAL hərəkatının liderləri də öz avtomobillərində kifayət qədər tez-tez Gürcüstana gedib-gəliblər. Dəqiqləşdirilmiş məlumatlara görə 2016-cı il referendumu ərəfəsində hərəkatın liderlərindən biri Natiq Cəfərli Gürcüstanda iri məbləğdə pul vəsaitini nəğdləşdirib. Məlumata görə pullar tarixi referendum ərəfəsində mitinqlərin təşkilinə və plakatların hazırlanmasına sərf olunmalıydı. N.Cəfərli Gürcüstana Erkin Qədirli ilə birlikdə gedib.

Beləliklə, fakt budur ki, gürcülərin bu məsələdə Azərbaycanın dağıdıcı müxalifətinə yaşıl işıq yandırması hər halda yaxşı əlamət sayıla bilməz. Ən azından, Azərbaycan dövləti Gürcüstan üçün heç bir dövlətin digərinə etmədiyi, hətta bundan sonra da etməyəcəyi nəhəng sosial-iqtisadi güzəştlərə imza atıb. Azərbaycan Cənubi Osetiya və Abxaziya probleminə yanaşmada Gürcüstanın ərazi bütövlüyünü daim dəstəkləyib bundan sonra da dəstəkləməyə davam edəcək. Ancaq yəqin ki, gürcülər də bir gün gözlərini açıb, dost Azərbaycana qarşı qurulan xəyanət yuvalarını dağıdacaqlar. Hər halda, buna ümid etmək istərdik...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə