Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlməkdə davam edir

Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlməkdə davam edir

Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına dünya ölkələrinin prezidentlərindən təbrik məktubları gəlməkdə davam edir. SİA təbrik məktublarını təqdim edir:

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edin".

Keniya Respublikasının Prezidenti Uhuru Kenyatta

"Zati-aliləri.

Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının Hökumətinə və xalqına milli bayramınız - Respublika Günü münasibətilə Keniya Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu əlamətdar bayram münasibətilə ölkələrimiz arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulamaq çox xoşdur. İkitərəfli əlaqələrimizin, xüsusilə təhsil, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirirəm.

Arzum budur ki, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizin əməkdaşlığı daha da inkişaf etsin.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan Respublikasının xalqına firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə