Moskva qasırğası Qazaxıstana da keçdi? TƏBİİ FƏLAKƏT+ÖLÜM

Moskva qasırğası Qazaxıstana da keçdi? TƏBİİ FƏLAKƏT+ÖLÜM

Cənubi Qazaxıstanda baş verən güclü qasırğa ağacları və evlərin dam örtüklərini kökündən dağıdıb, elektrik və s. naqillərini qoparıb. Nəticədə Jambıl vilayətinin Taraz şəhərində 3 nəfər ölüb, daha üç nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlər arasında iki fəhlənin və 14 yaşlı məktəblinin olduğu deyilir.

Meteoroloqlar regionda güclü küləyin davam edəcəyini deyirlər. Belə ki, küləyin sürəti saniyədə 25 metrə qədər çatacaq. Təhlükəsizlik xidmətləri küçəyə çıxmamağı, uşaqları isə nəzarətdə saxlamağı tapşırıb.

Taraz şəhərinin sakinləri qasırğa nəticəsində işıq stansiyasının da yanaraq sıradan çıxdığını bildiriblər.

Xatırladaq ki, ötən gün Moskvada güclü qasırğa baş verib və təbii fəlakət nəticəsində 17 nəfər həyatını itirib, onlarla insan xəstəxanalara qaldırılıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə