"Ermənistan dövlətinin hazırda tutduğu mövqe Ermənistan xalqını səfalətə və gələcəkdə məhv olmasına gətirib çıxaracaq". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində öz həllini tapa bilməsə, Azərbaycan dövləti öz suveren və beynəlxalq hüququn ona verdiyi hüquqdan istifadə edərək hərbi yolla erməni hərbi birləşmələrinin işğalı altında olan torpaqlarını azad edəcək: "Onsuzda günü-gündən əhalisi aclıqdan və səfalətdən əziyyət çəkən erməni xalqı müharibə başlayanda daha da çətin günlər yaşayacaq.
İqtisadiyyatı və hərbi gücü sıfıra bərabər olan Ermənistan dövləti öz xalqının və ölkəsinin gələcəyini düşünsə, ona himayədarlıq edən dövlətlərin və bəzi beynəlxalq təşkilatların sözünə qula asmayıb işğal etdiyi Azərbaycan torpaqlarından hərbiçilərini çıxarmalı və münaqişə sülh yolu ilə həllini tapmalıdır. İndiki vəziyyətdə isə Ermənistan həm öz xalqını aldadır, həm də beynəlxalq hüququn normalarını kobud şəkildə pozur. Təəssüf ki, bütün bunlara hələ də beynəlxalq təşkilatlar öz qətiyyətli mövqeyini bildirməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB