Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına dünya ölkələrindən təbrik məktubları gəlməkdə davam edir. SİA həmin məktublardan bir qismini təqdim edir:
MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev
"Hörmətli İlham Heydər oğlu.
MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından milli bayramınız – Respublika Günü münasibətilə təbriklərimi qəbul edin.
Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzu edirəm".
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina
"Hörmətli İlham Heydər oğlu.
İcazə verin, Sizi dövlət bayramınız – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim və Sizə möhkəm cansağlığı, Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyim".
TÜRKSOY-un baş katibi Düsen Kaseinov
"Hörmətli cənab Prezident.
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un baş katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Yaradılmasının 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin müdrik və məqsədyönlü siyasəti nəticəsində türk dünyasının öndə irəliləyən ölkəsi olaraq dünyanın siyasi, iqtisadi, mədəni və idman mərkəzlərindən birinə çevrilmişdir.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a dəstəyini, Azərbaycan Respublikası ilə sıx əlaqələri, onun ümumtürk mədəniyyətinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, TÜRKSOY üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, ortaq dəyərlərimizi dünyada təbliğ etmək üçün səylərini davam etdirəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və rifah diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov
"Zati-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması qardaş xalqın həyatında çox böyük və önəmli hadisə olmaqla, müstəqil Azərbaycanın milli dövlətçiliyinin, onun indiki parlaq yüksəlişinin əsasını qoymuşdur. Qardaş Azərbaycan xalqı Zati-alinizin rəhbərliyi ilə və həyata keçirdiyiniz siyasət nəticəsində bu yüksəlişi yaşamaqdadır.
İnanıram ki, türkdilli ölkələr arasında əməkdaşlıq da Sizin hərtərəfli dəstəyiniz və töhfələriniz sayəsində daha da inkişaf edəcək və genişlənəcəkdir. Bakıda TürkPA Katibliyinin fəaliyyəti üçün mükəmməl şəraitin yaradılması bu böyük dəstəyinizin bariz nümunəsidir.
Bu xoş fürsətdən istifadə edərək, yüksək ehtiram hissi ilə Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq arzu edirəm".
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
"Möhtərəm cənab Prezident.
Sizi 28 may - Respublika Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirik.
Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk parlamentli respublikanın qurulması Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinə malik olduğunu göstərməklə yanaşı, bütün türk dünyasının tarixinə əlamətdar və qürurverici hadisə kimi həkk olunmuşdur. Sizin rəhbərliyiniz altında uğurla həyata keçirilən səmərəli fəaliyyət nəticəsində 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, onun beynəlxalq aləmdə nüfuzu getdikcə artır.
Türkdilli dövlətlər arasında inkişaf edən əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində hərtərəfli dəstəyinizə görə minnətdarlığımızı bildirərək Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirik".
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz
"Hörmətli cənab Prezident.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
BP şirkəti Azərbaycan ilə əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir. Ümidvarıq ki, bu əməkdaşlıq daha da məhsuldar inkişaf edəcəkdir. Mən BP və Azərbaycan Hökuməti arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə inanıram.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



