"Ölkəmizdə keçirilən IV İslam Həmrəylik Oyunları uğurla başa çatdı. Bunu təkcə ölkəmizdə deyil, eləcə də xarici mətbuatda yazılan yazılardan da görmək mümkündür". Bunu SİA-ya Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib.
Tədbirin xarici ölkələr tərəfindən yüksək qiymətləndirildiyini deyən Z. Səmədzadə söyləyib ki, İslam oyunlarında Azərbaycanın birinci yerdə olması ölkəmizdə aparılan düşünülmüş siyasətin nəticəsidir: "
İslam Həmrəylik Oyunların islam ölkələri arasında birliyə öz töhfəsini verməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə imicinin, nüfuzunun daha da artmasına imkan verdi. Azərbaycan prezidentinin rəhbərliyi və təşkilat komitəsinin gərgin əməyi nəticəsində ölkəmiz bu çətin işi uğurla başa çatdırdı".
Deputatın sözlərinə görə, IV İslam Həmrəylik Oyunları təkcə idman yarışı deyil, həm də İslam ölkələrinin həmrəyliyini göstərmiş oldu: "54 ölkədən olan nümayəndələrinin Azərbaycana gəlməsi ölkəmiz üçün böyük uğur idi. Ölkəmizə gələn qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı ilə yaxından tanış olmaqla yanaşı buradakı sabitliyi öz gözləri ilə görmüş oldular. Təbii ki, onlar burada gördüklərini öz ölkələrində danışacaqlar ki, bu da bizim uğrularımızdan biridir. Azərbaycan dövlətinin apardığı uğurlu siyasət də buna istiqamətlənib. Artıq Azərbaycan beynəxalq tədbir və idman yarışlarının ev sahibinə çevrilib. Ümid edirik ki, ölkəmiz bundan sonra da belə möhtəşəm yarışlara yüksək səviyyədə ev sahiliyi edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB