Milli Məclisin yaz sessiyasının son iclasının gündəliyi müəyyənləşib. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 41 məsələ daxildir. Bunlar Azərbaycanın "2016-cı il üzrə dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin ratifikasiyası, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Haqsız rəqabət haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və digər bir sıra qanunlara, o cümlədən Vergi, Torpaq, Əmək məcəllələrinə dəyişikliklər, "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin müzakirəsidir.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının son iclası mayın 31-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB