ANAMA Cocuq Mərcanlıda 1036 ədəd qəlpə aşkarladı

ANAMA Cocuq Mərcanlıda 1036 ədəd qəlpə aşkarladı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 22-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1036 ədəd qəlpə, 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan SİA-ya bildiriblər ki, nəticə etibarilə 18 min 893 kvadratmetr ərazi tam təmizlənib, 28 min 500 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə