"ÜAK-ın ləğvində ermənipərəst qüvvələr fəal iştirak ediblər" AÇIQLAMA

"ÜAK-ın ləğvində ermənipərəst qüvvələr fəal iştirak ediblər" AÇIQLAMA

"Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsi barədə çıxarılan qərarın böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Qərarın Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılandığını deyən deputat bunun təsadüf olmadığını dilə gətirib: "Azərbaycanla Rusiya arasında çoxəsrlik əlaqələr mövcuddur. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edərək dostluq və strateji əməkdaşlıq səviyyəsinə çatıb. İki dövət başçılarının qarşılqlı səfərləri, onların arasındakı şəxsi dostluğu münasibətlərin bu səviyyəyə çatdırılmasında mühüm rol oynayıb. Azərbaycanla Rusiya münasibətlərinin yüksək sürətlə inkişaf etməsindən, ümumiyyətlə Azərbaycanın regionda əsas siyasi oyunçulardan birinə çevrilməsindən narahat olan, Rusiyada fəaliyyət göstərən ermənipərəst, antiazərbaycan qüvvələr belə bir qərarın qəbul edilməsində fəal surətdə iştirak ediblər. ÜAK-ın ləğvi qərarı böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub. Bu, eyni zamanda, iki dövlət və xalq arasında mövcud olan ənənəvi dostluq münasibətlərinə kölgə salır. Hesab edirəm ki, sağlam düşüncə qalib gələcək, iki dövlət və xalq arasında dostluq münasibətləri qorunub saxlanacaq və gələcəkdə daha da inkişaf edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə