Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media məsələləri komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 25-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Toplantıda milli adət və ənənələrin qorunması, mədəni irsin məhv edilməsi və qeyri-qanuni dövriyyəsi ilə mübarizə, beynəlxalq idman tədbirlərinin əhəmiyyəti, azsaylı xalqların ana dillərinin qorunması və bir sıra digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB