Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar bəyanat yayıb. SİA-nın verdiyi məlumata görə, bəyanatda ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı ifadə olunur. Bildirilir ki, 2001-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib. Bəyanatda həmçinin, ÜAK-ın Rusyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır: "16 ildir ki, Ümumrusiya Azərbaycan Konqresinin əsas məqsədi Rusiyada millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığı inkişafına dəstək göstərməkdir. ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında dialoqun dərinləşıməsinə öz töhfələrini verib" – bəyanatda belə deyilir.
Moldovanın çoxminli Azərbaycan icması Rusiya Federasiyası Ali Məhkəməsinin ÜAK-ın ləğvinə dair qərarından təəssüfləndiyni və narahatlığını bildirir. Moldovadakı Azərbaycan diasporu hesab edir ki, bu qərar strateji partnyorluq əlaqələrinin olduğu Rusiya ilə Azərbaycanın milli maraqlarına uyğun deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB