Elşən Musayev: “Azərbaycan hər zaman bütün dünyaya açıq olub” MÜNASİBƏT

Elşən Musayev: “Azərbaycan hər zaman bütün dünyaya açıq olub” MÜNASİBƏT

"Ümumiyyətlə dünyadan, beynəlxalq aləmdən təcrid olmaq istəyən ölkələr heç vaxt IV İslam Həmrəyliyi Oyunları kimi yarışlara önəm verməzlər. Beynəlxalq diqqətdən yayınmaq istəyənlər, siyasətində qüsur olanlar heç zaman belə beynəlxalq tədbirlərə maraq göstərməzlər". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, Azərbaycan "Avroviziya" mahnı müsabiqəsini, I Avropa Oyunlarını, Formula -1, IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə çalışıb ki, xaricilər gəlib Azərbaycandakı vəziyyəti, inkişafı görsünlər: "Görsünlər ki, ölkəmizin iqtisadiyyatı nə qədər inkişaf edib, Azərbaycanda insan hüquq və azadlıqları nə qədər yüksək səviyyədədir, insanlar nə qədər rahatdırlar və s. Siyasi məqam bundan ibarətdir. Digər tərəfdən bütün dünyanın gözü I Avropa Oyunlarında olduğu kimi, bu gün də Azərbaycandadır. Hətta bugünə kimi Azərbaycanı tanımayanlar da tanıyır. Ən azından onlar axtarış saytlarında ölkəmizlə bağlı məlumat toplayırlar. Turistlərin gəlməsi isə siyasi anlamda Azərbaycanın digər ölkələrlə turizm əməkdaşlığı, digər sahələrə marağı, investisiya qoyuluşundan xəbər verir.

Ölkəmiz hər zaman bütün dünyaya açıq bir dövlət olub. Azərbaycan həmişə istəyib ki, gediş-gəliş olsun. Adətən ölkəsində normal vəziyyət olmayan, hər hansı problemi olan dövlətlər bu cür yarışlardan, beynəlxalq əhəmiyyətli tədbirlərdən qaçırlar. Azərbaycan isə bu gün Qafqazın, regionun, Avropanın ən güclü dövlətidir. Ona görə də bu gücü, qüdrəti xaricilərin də gəlib görməsinin marağındayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə