"Beynəlxalq jurnalist təşkilatlarının maraqlı bir tezisi var: deyirlər ki, "peşəkar jurnalistika layiqli iş mühitindən və layiqli təminatdan keçir". Təbii ki, jurnalist nə qədər çalışqan, işinə, peşə prinsiplərinə sadiq olursa-olsun, əməyinin qarşılığını almayınca, gündəlik qayğılarını, ehtiyaclarını ödəyə bilmirsə, bu sahəni tərk edir, dolanışıq üçün başqa sahələrə üz tutur. Biz Azərbaycan mediasında da müəyyən müddət bu halın şahidi olmuşduq". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, uzun illər jurnalistika sahəsində fəaliyyət göstərən, peşəkarlaşan jurnalistlər qayğılarını həll etmək üçün medianı tərk edib digər sahələrə- biznes mühitinə, dövlət qurumlarına və sair istiqamətlərə gedirdilər: "Nəticədə, mediada çalışan peşəkar jurnalistlərin sayı azalır, bu sahə valantyorların, yaxud, təcrübəsiz işçilərin cəmləşdiyi bir mühitə çevrilirdi. Biz, Jurnalistlərin Həmkarlar İttifaqı olaraq uzun müddət sosial durumun monitorinqini aparıb nəticələri açıqlamışıq. Həmişə də qeyd etmişik ki, evsizlik problemi jurnalistikamıza ciddi zərər verir. Aldığı əmək haqqının böyük bir qismini yaşadıqları kirayələrə xərcləyən jurnalistlər özlərinin intellektul səviyyələrinin artımına, digər qayğılarının həllinə sərf etmək üçün vəsait qıtlığı yaşayırlar.
Bu baxımdan cənab Prezidentin ictimai sifarişləri qiymətləndirərək jurnalistlər üçün mənzillər tikilməsi barədə ardıcıl sərəncamlar verməsi, həm də, "peşəkar jurnalistlərin sosial qayğı səbəbindən medianı tərk edib getmələri" kimi ciddi problemin aradan qalxmasını təmin etdi. İndi peşəkar jurnalistlər nəinki medianı tərk edib getmirlər, əksinə, əvvəllər gedənlər də geri dönürlər. Bu, peşəkar heyətə malik medianın ümumi inkişafında çox mühüm bir mərhələdir.
Digər bir tərəfdən, mənzil tikintisinin başqa bir aspekti də var. Bu, hər şeydən öncə, ölkə Prezidentinin medianın inkişafına verdiyi önəmin, müstəqil medianı dəstəklədiyinin bir nümunəsi, media üçün çox önəmli bir məqamdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB