Deputat: "İslam oyunları olimpiada səviyyəsindən də yüksək keçirilir"
"Azərbaycanda IV İslam Həmrəylik Oyunları keçirilir. Hər birimiz bu oyunların möhtəşəm açılış mərasimində iştirak edərək bir daha ölkəmizin gücünü-qüdrətini, Azərbaycan prezidentinin bu sahədə apardığı siyasətin bariz nümunəsini, o cümlədən təşkilat komtəsinin və onun rəhbəri olan Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə təşkil olunan yarışların başlanmasını gördük. Azərbaycan yeganə ölkədir ki, bu yarışlarda 57 ölkədən 54-ü iştirak edir". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Yarışların olimpiada səviyyəsindən daha yüksək səviyyədə keçirildiyini deyən S. Novruzov qeyd edib ki, bu, Azərbaycanın idmana, islam həmrəyliyinə mənəvi dəyərlərə olan hörmətinin bariz nümunəsidir: "Burada aktiv iştirak edən idmançılarımıza öz təşəkkürümü bildirirəm. İdmançılarımız bu yarışlarda uğurlu çıxış edərək ölkə bayrağımızı yüksəkliklərə qaldırır, qızıl medallara sahib olurlar. Hesab edirəm ki, Azərbaycan I Avropa Oyunları və digər beynəlxalq yarışlarda olduğu kimi, bu yarışlarda da qalib olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB