Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü qeyd olunur REPORTAJ - SƏS TV
Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür. Artıq 14-cü ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
SİA-nın verdiyi məlumata görə, Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Azərbaycanın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd edilir. Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün – Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, respublikamızı sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə təbirlər keçirilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri yad olunur. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri də Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər keçirərək görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyətini, Vətən və xalq qarşısındakı xidmətlərini geniş təbliğ edirlər.
Hər il xalqımızın xilaskar oğlunun doğum günündə olduğu kimi, bu il mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, Ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB