Novruz Məmmədov: "Beynəlxalq gərginlik əvvəlki dövrlərdən tam fərqlənir"
Bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlər arası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi" mövzusunda penal sessiya keçirilib. SİA-nın xəbərinə görə, panel "Global Compass" şirkətinin prezidenti Jan Kristof Basın moderatorluğu ilə keçirilib.
Sülh naminə Guerrand-Hermes Dondunun baş elmi işçisi Şerto Gill bildirib ki, fərqlilik düşmənçiliyə gətirib çxara bilər: "Bu trayektoriya genişləndikcə o zaman bu ölümə daha sonra isə dağıdıcı qüvvəyə çevrilir. Sülh bir növ dialoqa çağırış deməkdir. Münaqişə əslində sülhün qurulmasında zəmindir. Sülh ilə münaqişə ortaq nöqtə nin tapılması üçün önəmlidir. Dialoq fikir mübadiləsi aparmağa imkan verir. Ortaq dil sülh üçün önəmlidir. Biz insan varlığı olaraq biz yalnız dialoq girməklə sülh əldə edə bilərik. Biz dinləməyi bacarmaqla yaxşı dialoqa girə bilərik. Biz insanların fikirlərini dinləyib onu təcrübədə istifadə etməliyik. İnsan təhlükəsizliyi düzgün münasibətlərdən irəli gəlir ki bu da sülh də mühüm rol oynayır".
"Beynəlxalq Dəyişiklik Təşəbbüsləri" QHT nin icraçı direktou İmad Karam söyləyib ki, sülhün bərqərar olunması üçün ilk növbədə özümüzdən başlamalıyıq: " hazırda biz 60- ya yaxın ölkə ilə əməkdaşlıq edirik. İkinci dünya müharibəsindən sonra ölkələr arasında dialoqun qurulması ilə bağlı təşəbbüslər irəli sürmüşük. Sülh zorakılığın olmaması demək deyil. Biz III müharibəsindən deyil, münaqişələrdən danışırıq. Siyasi tendensiyaların mövcudluğu artır. Donald Trampın prezident seçilməsi də bu tendensiyalardandır. Ekstremiz bütün cəmiyyətlərdə hakimliyi əlinə alıb. Milyonlarla insanın gələcək üçün ümidləri var. Biz münaqişələrdən nifrətdən, sülhə doğru addımlaya bilərik. Sülhə yatırımlar artırılmalıdır".
Mədəniyyətlərarası və dinlərarası dialoq üzrə Kral Abdulla Beynəlxalq Mərkəzinin Baş məsləhətçisi Patril Brodo söyləyib ki,sülhün formalaşması üçün ilk növbədə insanlar özlərindən başlamalıdırlar. Bununla bağlı marrifləndirmə işlərinin aparılması hazırda gündəmdə olan məsələdir. Biz Nigeriyanın müxtəlif bölgələrində müsəlman və xristian icma rəhbərlərinin dialoqunu təşkil etmişik. Dini lider bu sahədə nə kimi işlər görür digər rəhbərlərlə necə münasibət qurduqları haqqında müzakirələr aparmışıq. Dialoqla bir çox faydalı məsələlər həll etmək olar". O qeyd edib ki, təhsil sahəsində çalışanların gələcəkdə dialoqda rolu mühümdür: "Bu baxımdan maarifləndirmə işlərinin gücləndirilməsi mühüm əhəmiyyətə kəsb edir. Dindən zorakılıq məqsədləri üçün istifadə etmək olmaz. Burada dialoqun aparılması mühümdür. Dünyada fəaliyyət göstərən dini təşkilatların 80 faizi dindar deyil, bu sahədə dialoqun aparılmasına xidmət edir. İnsanların qarşılıqlı münasibət qorumaq üçün düzgün məkanın seçilməsi də mühümdür".
Daha sonra paneldə çıxış edən Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, son illər Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər heç bir dövlət tərəfindən edilməyib: "Bu, həm idman, həm mədəniyyət sahəsində belədir. Biz BMT də seçilirik. BMT bu sahədə bu məsələləri tənzimləyən təşkilatdır. Son illər qaynar nöqtələrin, terror təşkilatların sayı artıb. Bu niyə belədir? Bu qədər işlər görülür, toplantılar keçirilir. İndi beynəlxalq gərginlik əvvəlki dövrlərdən tam fərqlənir. Belə bir məqamda bu toplantıların çox böyük əhəmiyyəti var. Amma bunlar üçün münbit şərait yaradılmalıdır. Əgər buna mane olurlarsa, o zaman bu tədbirlərin mənası olmayacaq".
Dünyada aktorların sayının artdığını deyən PA rəsmisi söyləyib ki, bunları Azərbaycan kimi kiçik dövlətIər yaratmayıb: "Biz bunları böyük dövlətlərlə çalışmasaq əldə etdiyimiz nəticələr bugünkü kimi olacaq. Azərbaycan 1 milyon qaçqınla müstəqil dövlət qurub. Bu qaçqınların necə yaranamsı heç kəsi maraqlandırmır. Azərbaycanın torpaqları 25 ildən artıqdır ki, işğal altındadır. Lakin heç bir dövlət bununla bağlı konret mövqe bildirmir. 20- 30 il əvvəlki sənədlər arxivə qoyulur. Böyük dövlətlər öz aralarında problemləri həll etməyə çalışır, kiçik dövlətlər isə gözləyir ki görəsən 1 aydan sonra nə baş verəcək. Əgər bir adam belə həqiqət uğrunda çalışırsa deməli optimist olmaga dəyər. Ətraflı yanaşma olmasa beynəlxalq hüquq mümkün deyil. Belə olmasa dünyamız gərginliklə davam edəcək".
Panel müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB