XİN rəsmisi: "Həmsədrlər məsələləri öz maraqlarına uyğun həll edirlər"
"Yalnız effektiv beynəlxalq əməkdaşlıq dünyada mövcud olan münaqişələrin həllində real yol ola bilər. Münaqişələrin həlli üçün beybəlxalq oyunçular öz səylərini artırmalıdırlar". SİA-nın xəbərinə görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, münaiqşə regionları ilə sıx əlaqə qurmaq lazımdır: "Müxtəlif sülhyaratma təşkilatları o cümlədən ATƏT-in Minsk qrupu hər zaman münaqişənin həlli üçün effektli alət olmur. Məsələn, ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa Rusiya və ABŞ ilk növbədə öz maraqlarına xidmət edərək öz məsələlərini həll edirlər. Nəticədə biz onların maraqlarının üçbucağında qalırıq və məsələ həll olunmur".
A.Əzimov əlavə edib ki, regional əməkdaşlıq çox vacibdir: "Lakin bu müəyyən problemlər də yaradır. BMT münaqişə ikə bağlı 4 qətnamə qəbul edib. Onları həyata keçirmək lazımdır. Bu qətnamələrdə münaqişənin konkret həll yolu göstərilir. Bu sənədlərə hörmətlə yanaşılmalı və həyata keçirilməlidir. Minsk qrupu buna uyğun hərəkət etməlidir. Həmçinin münaqişə tərəfləri beynəlxalq hüququ düzgün anlamalı və beynəlxalq təşkilatlar bu məsələdə dəstək göstərməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB