Elmar Məmmədyarov Mario Lubetkini qəbul edib

Elmar Məmmədyarov Mario Lubetkini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla FAO arasında qurulmuş əməkdaşlıq təqdir edilib və təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və onların nəticələri müzakirə edilib.

Görüşdə, həmçinin, Bakı prosesinin əhəmiyyəti qeyd olunub və bu vacib platformanın davamı kimi keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər dünyada sülh və stabilliyə nail olmaq üçün dialoqun əhəmiyyətini və beynəlxalq təşkilatların rolunu xüsusi vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə