Prezident forumun açılış mərasimində

Prezident forumun açılış mərasimində

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb. SİA-nın xəbərinə görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.

Açılış mərasimində YUNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl Nasser, BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) Baş katibi Taleb Rifai və digərlərinin çıxışı gözlənilir.

Qeyd edək ki, açılış mərasimindən sonra "Ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək" mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçiriləcək. Ümumiyyətlə, Forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək. Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib. Tədbirdə ümumilikdə təqribən 800-dən çox xarici nümayəndə iştirak edir. Bura yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir.

Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə