YAP Şəki rayon təşkilatının VIII konfransı keçirilib FOTO

YAP Şəki rayon təşkilatının VIII konfransı keçirilib FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Şəki şəhər təşkilatının VIII konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfrans öz işinə başlamazdan öncə tədbir iştirakçıları və partiya fəalları partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.

Konfrans öz işini təşkilatın qərargahında davam etdirib. Konfransda YAP Mərkəzi Şurasının üzvü, tarix elmləri doktoru, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü, millət vəklil Yaqub Mahmudov, millət vəkilləri Kamilə Əliyeva və İlham Məmmədov, YAP Mərkəzi Aparatının Şəki-Zaqatala bölgəsi üzrə məsləhətçisi Emil Abasov iştirak ediblər.

Konfransı giriş sözü ilə açan YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov bildirib ki, konfransın işində Şəki partiya təşkilatının 107 ərazi partiya təşkilatından konfransa 302 nəfər nümayəndə seçilib.Konfransın işində isə 293 nəfər iştirak edib. Həmçnin qeyd olunub ki, YAP Şəki şəhər təşkilatının 11299 üzvündən 5712 nəfəri, yəni 50.5%-i qadınlar, 3962 nəfəri, yəni 35%-i gənclərdən ibarətdir. YAP Şəki təşkilatının VII konfransından keçən müddət ərzində təşkilatın sıralarına 2005 nəfər Heydər Əliyev siyasi kursuna və ideyalarına sadiq üzv qəbul ediliblər.

Sonra YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov məruzə ilə çıxış edib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycanın inkişaf və tərəqqisi məhz Onun dönməz qətiyyəti, sarsılmaz iradəsi sayəsində baş tutub: "Bu gün bu uğurlu siyasət Heydır Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Bizlərin hər biri məhz bu dönməz siyasət ətrafında sıx birləşərək, ölkənin tərəqqisinə töhfələrimizi verməkdə davam edəcəyik".

Məruzə ətrafındakı müzakirələrdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı, partiyanın İdarə Heyətinin üzvü Elxan Usubov, Siyasi Şura üzvü Yaqub Mahmudov, Millət vəkilləri Kamilə Əliyeva, Ilham Məmmədov, YAP Qadınlar Şurasının sədri Zərinə Cavadova, YAP Gənclər Birliyinin sədri Daşqın Mikayılov, gənc YAP üzvü Elvin Qarayev də çıxış edərək bildiriblər ki, Azərbaycanın inkişaf prioritetinin tərkib hissəsi olaraq Yeni Azərbaycan Partiyasının da əməyi və oynadığı rolu böyükdür. Belə ki, bu gün ölkədə formalaşmış xalq-iqtidar birliyi də bunun bariz nümunəsi kimi qiymətləndirilir.

Məruzə və müzakirələrdən sonra 51 nəfərdən ibarət YAP Şəki şəhər təşkilatının Şura üzvüləri və 17 nəfərdən ibarət İdarə Heyəti üzvüləri, 9 nəfərdən ibarət Nəzarət Təftiş Qrupu seçilib. Həsən Yusub oğlu Həsənov yenidən YAP Şəki təşkilatı İdarə Heyətinin sədri seçilib.

Konfransın sonunda iştirakçılar tərəfindən Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevə müraciət qəbul edilib.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə