Əli Əhmədov: "Gənclərin yaxşı təhsilə sahib olması üçün bütün imkanlar yaradılıb"

Əli Əhmədov: "Gənclərin yaxşı təhsilə sahib olması üçün bütün imkanlar yaradılıb"

"Hər il ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin doğum günü geniş şəkildə qeyd olunur. Ulu Öndərin doğum günün bu cür qeyd olunması Azərbaycan xalqının Ümummilli liderə dərin hörmət və ehtiramın göstəricisidir". SİA-nın xəbərinə görə, bunu Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

O bildirib ki, "Ən yaxşı təqdimat" müsabiqəsinin mahiyyəti Ulu Öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi məqsədi daşıyır: "Əziz gənclər siz həyatınızın ən böyük müsabiqəsində iştirak etmisiz. Yəqin ki gələcəkdə siz başqa müsabiqələrdə də iştirak edəcəksiz. Lakin bu müsabiqədə qalib gəlmək sizi həyatınız boyu tərk ermətən qürur mənbəyi olacaq. Siz Azərbaycanın müasir dəyərlərinin formalaşdığı dövrdə dünyaya gəlmisiniz. Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məqsəd ondan ibarətdir ki, bu gün gənc nəsillərin arzu etdiyi cəmiyyəti gələcəkdə onlara təqdim edə bilsinlər. Bu bizim ümumi məqsədimizdir. Bu məqsədə nail olmaq üçün də var gücümüzlə çalışırıq. Bu işdə gənclərimizin daha yaxşı təhsilalması və zənginliklərə sahib olması tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyiələnməkdir. Bu gün Azərbaycanda gənc nəslin məktəblilərə bu imkanlar bütünlüklə təqdim edilib. Ölkədə gənclərin yaxşı təhsilə sahib olması üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir". Ə.Əhmədov çıxışında Azərbaycanın gələcəyinin daha parlaq olacağına inamını bildirib: "Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Bunlar da gələcəkdə Heydər Əliyevin ideyalarını, İlham Əliyevin həyata keçirdiyi işləri layiqincə davam etdirmək potensialına malikdirlər". YAP-ın sədr müavini-icra katibi qeyd edib ki, müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olarlarsa onlar 4 illik təhsil müddətində YAPın təqaüdü ilə mükafatlanacaqlar: "Hazırda YAP bu müsabiqədə qalib olan 50 tələbəyə təqaüd verir".

Bütün xəbərlər Facebook səhifəmizdə