"Deputatı mandatdan məhrum etməklə məhkəmənin səlahiyyətini əlindən almış oluruq"
"Deputatı mandatdan məhrum etməklə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələri götürülmüş olacaq". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır: "Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır".
Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir: "Layihədə "kobud pozuntu" ifadəsinə rast gəlinir. Bu nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB