Deputat: "Ölkəmizə gələn turistlərin kimliyi müəyyən olunmalıdır"

Deputat: "Ölkəmizə gələn turistlərin kimliyi müəyyən olunmalıdır"

"Azərbaycanda turizmlə bağlı böyük işlər görülüb, Azərbaycan prezidentininrəhbərliyi ilə bütün bölgələrdə turizm sahələri yaradılıb. Ölkəmizdə qış və yay turizmi üçün lazımi şərait var. Bunlar daha da artırmalıdır". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü iclasında " Turizm haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Turizm sahəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kifayət qədər işərin aparıldığını deyən S. Novruzov bildirib ki, nazirlik həm turizm, həm də mədəni abidələrin, kilsə və dini obyektlərin təmir olunub istifadəyə verilməsinə diqqət edir ki, bu da turistlərin diqqətini cəlb edir: "Lakin bir sıra məsələlər var ki, onlar bir başa Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı olmasa da biz bu məsələləri aradan qaldırılmasına çalışmalıyıq. Biz ilk növbədə ölkəmizə gələn turistlərin kimliyi müəyyən olunmalıdır. Dünyada baş verən hadisələrə nəzərə saldıqda, o zaman turistlərin kimliyi haqqında məlumatlara malik olmağımız vacib məsələlərdəndir. Otellərdə təhlükəsizliklə bağlı məsələlər öz yerindədir. Lakin əsas məsələ ölkəyə gələn turistlərin mənzillərdə yaşamasıdır. Belə olan zaman onların nə etdikləri və ya nə edə biləcəyi haqqında heç bir məlumat olmur. Heç onların şəxsiyyət vəsiqələrinin sürəti belə çıxarılmır. Bu baxımdan məsələyə ciddi diqqətlə yanaşmalıyıq. Biz 5-10 manata görə illərdir ölkədəki qurulan sabitliyi poza bilmərik".

S. Novruzov çıxışı zamanı "halal otel"lərlə bağlı yazılan elanlara da toxunub:"Son zamanlar "halal otel" adlı elanlar yazılır. Bu nə deməkdir və hansı terminologiyaya uyğundur? Belə çıxır ki, qalanları haramdır, elan da yazılan halaldır? Əgər digərləri haramdırsa, o zaman orada nə hadisələr baş verir? Bir vaxtlar kolbasalara halal adı qoyurdular, indi də otelləri belə reklam edirlər. Azərbaycan dünyəvi dövlətdir. Belə olan halda, dünya ölkələrində otellərə hansı tələblər qoyulursa, bizdə də tələblər elə olmalıdır. Buna nəzarət olunmalıdır".

Turistlərin ölkəmizdə təhlükəsizlik məsələsi ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov cavab verərək ciddi narahatlığa ehtiyac olmadığını dilə gətirib: "Turistlər sərhəddən və miqrasiyadan keçib, uçota düşürlər. Güman edirəm ki, narahatlığa ehtiyac yoxdur. Təbii ki, ayıq-sayıqlıq mütləqdir. Biz hər zaman bu məsələləri nəzrərə alırıq və alacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə