"Heydər Əliyev milli parlamentarizmin banisidir: gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNİR

"Heydər Əliyev milli parlamentarizmin banisidir: gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNİR

Bu gün Milli Məclisdə "Heydər Əliyev milli parlamentarizmin banisidir" mövzusunda tədbir keçirilir. SİA-nın xəbərinə görə, Milli Məclisin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən iclasda ilk çıxış edən komitə sədri Fuad Muradov bildirib ki, belə bir tədbirin parlamentdə keçirilməsi çöx böyük hadsədir.

Onun sözlərinə görə, hər bir Azərbaycan gənci Ulu Öndərin siyasətini hər zaman dəstəyir və hər biri fəxr edir ki, Azərbaycan məhz əsası Ulu Öndər tərəfindən qoyulan siyasət nəticəsində nəhəng bir dövlətə çevrilib: "Əminəm ki, bu günkü gənclərimiz də gələcək fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəkliklərə qaldıracaqlar. Bu gün gənclərimizin və idmançılarımızın qanunvericilik istiqamətində öz komitəsi var. Bunun özü böyük inkişaf deməkdir. Biz hər birimiz bu gələcəyi qorumağa borcluyuq".

Dəymir masa davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə