Ədliyyə Nazirliyi Penitensiar xidmətinin baş idarəsində və tabe qurumlarında əməkdaşların peşə hazırlıqlarının yüksəldilməsi, müəyyən olunmuş normativlərə riayət etmələrinə nəzarətin gücləndirilməsi məqsədi ilə xüsusi geyim formasının daşınması ilə bağlı nizamnamə tələblərinə əməl edilməsi xidmət rəhbərliyinin daim diqqət mərkəzindədir.
SİA-nın verdiyi məlumata görə, bu məqsədlə ədliyyə nazirinin müavini Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovun əmrinə əsasən Penitensiar xidmətin Baş idarəsində və tabe qurumlarında şəxsi heyətin yay mövsümü geyim formasına keçidlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması üçün rəhbərliyin biləvasitə iştirakı ilə sıra baxışları həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB