Saxiaqiyn Elbeqdorj Prezidentə məktub göndərib

Saxiaqiyn Elbeqdorj Prezidentə məktub göndərib

Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Məktub:

Zati-aliləri cənab Prezident.

Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə