Musa Qasımlı: “Bəzi dairələr Türkiyəni güclü görməkdə maraqlı deyillər” AÇIQLAMA

Musa Qasımlı: “Bəzi dairələr Türkiyəni güclü görməkdə maraqlı deyillər” AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir". Bunu SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, AŞPA-nın qərarı əsası olmayan, ədalətsiz, qərəzli qərar olub, Türkiyəyə təzyiq etmək məqsədi güdür: "Bəzi dairələr Türkiyəni güclü və sabit görməkdə maraqlı deyillər. Türkiyə bu qərarı qəbul etməz və cavabını verəcək.

Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə