Baş prokurorun müavini: "Həqiqətə uyğun olmayan, şayiə xarakterli, çirkin məqsədli məlumatlar yazırlarsa…"

Baş prokurorun müavini: "Həqiqətə uyğun olmayan, şayiə xarakterli, çirkin məqsədli məlumatlar yazırlarsa…"

Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev SİA-ya açıqlamasında bəzi xarici təşkilatların Azərbaycanda guya korrupsiyanın dərin kök salması ilə bağlı səsləndirdiyi qərəzli iddialara və bu cür əsassız iddiaların bəzi mətbu orqanlarda işıqlandırılmasına münasibət bildirib.

K.Əliyev SİA-ya açıqlamasında qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı çox mühüm tədbirlər həyata keçirilir: "Bizim elmi əsaslarla, dünya standartlarına uyğun şəkildə korrupsiyaya qarşı mübarizə aparırıq. İndi kiminsə ağlına nə gəlirsə, onu da yazırsa, həqiqətə uyğun olmayan, şayiə xarakterli, çirkin məqsədli məlumatlar yazırlarsa, bütün bunlar tamamilə əsassızdır. Heç şübhəsiz ki, lazım gələcəksə, bütün bu məsələləri də araşdırıb hüquqi qiymət verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə