Hikmət Hacıyev: “Nazirlərin Moskvada üçtərəfli görüşü keçiriləcək” MÜNASİBƏT
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlama yayıb. SİA-nın verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında nazir Elmar Məmmədyarov 28 aprel tarixində Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB