Deputat: “Turizmin inkişafı iqtisadiyyatın inkişafı deməkdir” MÜNASİBƏT

Deputat: “Turizmin inkişafı iqtisadiyyatın inkişafı deməkdir” MÜNASİBƏT

"2015-ci ildə xrisian mənşəli idmançıların iştirakı ilə ölkəmizdə I Avropa Oyunları keçirildi. Bu il isə müsəlman mənşəli idmançıların iştirakı ilə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu onu göstərir ki, Azərbaycan dünyaya multikulturalizm və tolerantlıq ənənələrin carçısı misiyasına sadiqdir. Qloballaşan dünyada dinlər və mədəniyyətlər arası fərqli baxışların aradan qaldırılmasına, dostluq və barışın yaranmasına Azərbaycan öz töhfəsini verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər tez-tez keçirilir və dünya ölkələrinin etibar edə biləcəyi bir məkan olduğu sübut olunub: "Təbii ki, dünyanın ölkəmizə göstərdiyi yüksək etimad və etibarın kökündə dövələt başçımızın yürütdüyü düzgün dövlət siyasətinin sayəsində ölkəmizin artan nüfuzu dayanır. Azərbaycan dünyaya dost və dostluğa sadiq ölkədir. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin çoxalması dostlarımızın, bizi dəstəkləyənlərin sayını da artırır".

A.Badamov əlavə edib ki, Azərbaycan inkişaf edən gənc ölkədir: "Dövlət siyasətimizin təməlində iqtisadiyyatın şaxələndirilməsi və qeyri –neft sektorunun inkişaf etdirilməsi dayanır. Qeyri-neft sektorunun aparıcı sahələrindən birisi də turizmdir. Ölkəmizdə turizm infrastrukturun inkişaf etdirilməsi istiqamətində böyük işlər görülüb. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycana on minlərlə turist gələcək və bunun da ölkəmizin turizm potensialının dünya arenasında tanınması baxımından böyük əhəmiyyəti vardır. Gələn qonaqlar Azərbaycanın gözəllikləri ilə tanış olacaq, müəyyən qədər vəsaitlər xərcləyəcək və qayıdandan sonra ölkəmizin təbliğatçıları olacaqlar. Məhz mütəmadi keçirilən beynəlxalq tədbirlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında kəskin artım müşahidə olunur. Qeyd etmək istəyirəm ki, turizmin inkişafı iqtisadiyyatın inkişafı deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə