QDİƏT PM-in sədr müavini: "Məqsədimiz işğalı dünyaya çatdırmaqdır"
"Qara Dəniz Əməkdaşlıq Təşkilatı iqtisadi təşkilatdır. Burada siyasi məsələlər və ümumiyyətlə münaqişələr müzakirə olunmur. Amma Azərbaycanın təşkilatdakı nümayəndə heyəti qurum yaranandan çıxışlarında hər zaman bu məsələyə dolayı yolla toxunur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi sədrinin müavini Asəf Hacıyev deyib.
Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanın torpaqlarının işğal altında olduğunu dünyaya çatdırmaqdır: "Azərbaycanın bir milyon qaçqını var və buna baxmayaraq Azərbaycan inkişaf edir. Bu baxımdan biz bunu QDİƏT iştirakçılarına hər zaman çatdırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB