Ziyafət Əsgərov: "Problemləri ölkələrin birgə səylərini birləşdirməklə həll etmək olar"
"Bu gün biz regional inteqrasiya proseslərinin geniş vüsət aldığı bir dünyada yaşayırıq. Yer kürəsinin müxtəlif bölgələrində mövcud olan bir çox siyasi, iqtisadi, ekoloji və digər problemləri yalnız ölkələrin birgə səylərini birləşdirmək yolu ilə həll etmək mümkündür. Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu bu qədər dərindən hiss olunmamışdı. Düşünürəm ki, bunu QDİƏT PM-nın üzvü olan ölkələrin yerləşdiyi regiona da aid etmək olar". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin I vitse spikeri Ziyafət Əsgərov Bakıda Qara Dəniz Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil, sosial məsələlələr komitəsinin 48-ci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, komitənin gündəliyinə daxil olan mədəniyyət, təhsil, sosial məsələlələr nəinki Azərbaycan, ümumiyyətlə, QDİƏT və bu təşkilatın yerləşdiyi region üçün mühüm əhəmiyyət kəsb edir.
Z. Əsgərov qeyd edib ki, Azərbaycanda iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması, ökədə səhiyyənin inkişafı, insanların sağlamlığının qorunmasına və problemlərinin davamlı həllinə imkan yaradıb: "Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi ölkədə səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il investisiya yatırılmaqdadır. Rayonlarımızda 500-dən artıq tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Tibb müəssisələrinin hər biri muasir texnika və avadanlıqla təchiz edilib. Ölkəmizdə səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsait bir neçə dəfə artıb. Həyata keçirilən tədbirlər nəticəsində ana və uşaq ölümü səviyyəsi aşağı düşüb. Səhiyyə sitemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilib, beynəlxalq əməkdaşlığa üstünlük verilib. Səhiyyədə aparılan islahatlar Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığını bir daha təsdiq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB