“Die Welt”: “Avropa İttifaqı Türkiyə ilə danışıqları dayandırır” REFERENDUMA GÖRƏ
Avropa İttifaqı Türkiyə ilə bu quruma daxil olmaq ətrafında danışıqları müvəqqəti olaraq dayandırmaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri diplomatik mənbələrinə istinadən yazır.
Belə ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirliklərinin Maltada 28 və 29 aprel tarixində keçiriləcək görüşlərində bu mövzu müzakirə ediləcək. Alman nəşrinə görə, Avropa İttifaqının sözügedən qərarı Avropa Komissiyasının "Türkiyədə ciddi və davamlı şəkildə azadlıq və demokratiyanın, eləcə də insan haqları prinsiplərinin pozulması" barədə irəli sürdüyü rəyindən sonra verilib. Bu baxımdan, Türkiyənin Avropa İttifaqına daxil olması böyük sual altında qalıb. Adıçəkilən nəşr vəziyyətin referendumdan sonra dəyişdiyinə diqqət çəkir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB